TOP 10

"Keşlə" yeni transferiylə müqaviləni pozdu - RƏSMİ

Futbol
Tarix: 2020-09-18 13:51

“Keşlə” futbolçusu ilə yollarını ayırdığını açıqlayıb. Sport24.az xəbər verir ki, Premyer Liqamızın son bürünc medalçısı yarımmüdafiəçi Cavid İmamverdiyevlə vidalaşdığını rəsmən bəyan edib.

 

Paytaxt təmsilçisi yay fasiləsində heyətinə cəlb etdiyi millimizin 30 yaşlı sabiq oyunçusuyla cari mövsümün sonunadək imzaladığı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. "Keşlə"yə "Sabah”dan keçən İmamverdiyev karyerasını sabiq klubu "Sumqayıt"da davam etdirəcək.

 

Qeyd edək ki, “Keşlə” bu yay Cabir Əmirli, Slavik Alxasov, Ruslan Qurbanov, Tural Bayramlı, Rəşad Əzizli, Əfran İsmayılov, Murad Ağayev, Lorenzo Frutos və Franko Floreslə yollarını ayırıb.

​​​​​​​

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB