TOP 10

"Zirə"nin fəxri prezidenti Rəşad Sadıqova qiymət verdi: "Hədəfimizə doğru inamla irəliləcəyik"

Futbol
Tarix: 2020-09-18 14:00

"Neftçi" "Qalatasaray"a qarşı çox yaxşı təsir bağışladı. Hesab edirəm ki, bərabər oyun oldu. Düzdür, "Neftçi"nin qapıçısı (Aqil Məmmədov nəzərdə tutulur-red.) bir az zəif təsir bağışladı. Amma ümumən deyərdim ki, təmsilçimiz bu rəqiblə matçda çox gözəl, təmkinli oyun nümayiş etdirdi". Bu fikirləri Sport24.az-a açıqlamasında "Zirə"nin fəxri prezidenti Orxan Məmmədov bildirib.

 

Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" - "Qalatasaray" matçını (1:3) Bakı Olimpiya Stadionunda izləyən Məmmədov öz klubunun gələcək planlarından da söz açıb: "Planlarımız həmişə kimi, avrokuboklara vəsiqə verən ilk 4 pillənin birində qərarlaşmaqdı. Avroliqada çıxış etməyə imkan verən yerlərdən birini tutmağı qarşımıza hədəf qoymuşuq. Futbolumuzun canlı əfsanəsi Rəşad Sadıqovun Premyer Liqada məşqçi kimi ilk təcrübəsidi. Əlbəttə, biz rəhbərlik olaraq ona tam dəstək göstəririk. Sadıqovun debüt mövsümüdür və hesab edirik ki, hədəfimizə doğru yaxşı şəkildə, addım-addım, səbrlə irəliləyəcəyik".

 

Məlumdu ki, Sadıqovlu "Zirə" yeni çempionatın ilk 2 turunda uduzmayaraq hesabına 4 yazıb və hazırda turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Fəxri prezidentin sözlərinə görə, bu nəticəylə yanaşı, komandanın hazırkı oyunu da onu qane edir: "Hesab edirəm ki, belə davam etsək, hədəfimizə doğru inamla irəliyəcəyik. Bu yöndə yeni transferlər gözlənilir".

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB