TOP 10

Avroliqada təxirə salınan oyun keçirildi - Darionun komandası “Seltik”ə rəqib oldu

Dünya Futbolu
Tarix: 2020-09-18 12:40

Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, “Riqa” ilə “Tre Fiori” arasında dünən yarımçıq dayandırılan görüş bu gün davam etdirilib.

 

Latviyanın paytaxtı Riqada baş tutan matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Bununla da "Neftçi"nin braziliyalı sabiq yarımmüdafiəçisi Dario Federikonun bu yay keçdiyi Latviya təmsilçisi III təsnifat mərhələsində “Seltik”ə (Şotlandiya) rəqib olub. Həmin görüş sentyabrın 24-də Riqada keçiriləcək.

 

Qeyd edək ki, “Riqa” - “Tre Fiori” matçı dünən hesab 0:0 olarkən birinci hissənin gedişində arenanın işıqlandırma sistemində problem yarandığı üçün dayandırılmışdı.

 

 

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB