TOP 10

Avrokubokda ən biabırçı məğlubiyyətlər yada salındı - biri “Neftçi”yə qarşı

Futbol
Tarix: 2020-09-18 12:59

Moskva “Dinamo”sunun Avropa Liqasının II təsnifat mərhələsində Tbilisi “Lokomotiv”inə məğlubiyyəti Rusiya klublarının avrokuboklardakı biabırçı nəticələrini gündəmə gətirib. Sport24.az xəbər verir kİ, rusiyalı həmkarlarımız komandalarının indiyə qədər sürpriz məğlubiyyətlərini sıralayıb.

 

Belə ki, 7 matçın yer aldığı siyahıda Tula “Arsenal”ının Azərbaycan təmsilçisi “Neftçi”yə məğlubiyyəti də var. 2019/20 mövsümündə baş verən bu duellə bağlı belə yazılıb: “Latın Amerikasından olan legionerlərlə güclənən “Neftçi” “Arsenal”ı hər iki matçda üstələdi. “Neftçi” o qədər hazırlıqlı və ağıllı komanda kimi görünürdü ki, istər-istəməz sual meydana çıxdı: UEFA birləşmiş liqalara icazə versəydi, Rusiya Premyer Liqası təkcə Belarusla deyil, həm də Azərbaycan klubları ilə əməkdaşlıq etməli idi?”

 

Qeyd edək ki, "Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində “Arsenal”ı 3:0 və 1:0 hesablı qələbələrlə mübarizədən kənarlaşdırmışdı.

  •  
football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB