TOP 10

Ramin Musayev: "Baxmayın, 31 il böyük fərqdi, böyüyə hörmət olmalıdı"

Futbol
Tarix: 2020-09-18 10:31

"Neftçi" - "Qalatasaray" görüşü bayram idi. Düzdür, komandamız uduzdu, ancaq pis oynamadı. Sadəcə, biri var 1906-cı ilin komandası, biri də 1937-ci ilin. Baxmayın, 31 il böyük fərqdi, böyüyə də hörmət olmalıdı". Bu fikirləri Sport24.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib. 

 

O, Füzuli Məmmədovun Premyer Liqada baş məşqçi kimi fəaliyyətinə "ağ-qaralar"da başlamasını Qurban Qurbanovla müqayisə edib: "Vaxtilə Qurban Qurbanov məşqçiliyə "Neftçi"də başlayıb. Uğuru "Qarabağ"da oldu. İnşallah, Məmmədovun da uğuru ya burda olar, ya başqa yerdə. Bunu gələcək göstərər".

 

PFL rəhbəri "Qarabağ"ın Çempionlar Liqasında mübarizədən kənarlaşdırılmasını da şərh edib: "Qarabağ" pis oynamadı, ancaq çox məyus elədi hamımızı. Əslində, uduzmalı deyildi. Çempionatda kimin favorit, yenə "Qarabağ"ın çempion olacağını və ya bu dəfə fərqli nəticənin qeydə alınacağını deyə bilmərəm. Bunu gələcək göstərəcək".

 

Xatırladaq ki, Qurbanovun baş məşqçi kimi debütü 2006/07 mövsümündə "Neftçi"də olaraq bürünc medalla nəticələnib və Musayev həmin vaxt klubun vitse-prezidenti vəzifəsində çalışıb. 

football24
27 Oktyabr 2020
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB