TOP 10

"Qalatasaray" Bakıda qazandı, Türkiyədə yeni nailiyyətə imza atdı

Futbol
Tarix: 2020-09-18 12:12

"Qalatasaray" avrokuboklarda 100 qələbə həddinə çatan ilk Türkiyə klubu olub. Sport24.az xəbər verir ki, "Cim-Bom" buna Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"ni Bakıda 3:1 hesabı ilə yenərək, nail olub. Fateih Terimin komandası eyni zamanda səfərdə 20 oyunluq qələbə həsrətinə son qoyub.

 

Ümumiyyətlə, "Qalatasaray" avrokuboklarda 286 matça çıxıb. "Sarı-qırmızılar"ın 100 qələbədən əlavə, 111 məğlubiyyəti və 75 heç-heçəsi var. İstanbul komandası 380 qol vurub, 429 top buraxıb. 

 

Bütün bunlarla yanaşı, "Qalatasaray"ın aktivində 2000-ci ildə Terimin rəhbərliyi altında qazandığı UEFA Kuboku və Mirça Luçesku ilə əldə etdiyi UEFA Supek Kuboku da var. Terimdən söz düşmüşkən, bu, onun məşqçilik karyerasında yubiley - 500-cü matç olub. 

 

"Qalatasaray" avrokuboklarda (oyun, qələbə, heç-heçə, məğlubiyyət, vurulan top, buraxılan top)

Çempionlar Kuboku 35 12 8 15 42 53

Çempionlar Liqası

116

28

29

59

112

197

Çempionlar Liqasının təsnifat mərhələsi 24 17 6 1 59 22

Kuboklar Kuboku

32

12

7

13

42

55

UEFA Kuboku / Avropa Liqası

78

30

25

23

123

101

UEFA Super Kuboku

1

1

0

0

2

1

CƏMİ

286

100

75

111

380

429

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB