TOP 10

"Neftçi"nin legioneri avrokuboklarda tarixə düşdü

Futbol
Tarix: 2020-09-18 09:15

"Neftçi"nin seneqallı legioneri Mamadu Mbodj tarixə düşüb. Sport24.az xəbər verir ki, mərkəz müdafiəçi Azərbaycan klubunun Türkiyə təmsilçilərinə avrokuboklarda qol vuran ilk futbolçusu kimi tarixə düşüb.

 

Bu, 2Qalatasaraya"la Bakı Olimpiya Stadionundakı matçın 46-cı dəqiqəsində künc zərbəsindən sonra başla reallaşıb.

 

Bu görüş Azərbaycan təmsilçilərinin Türkiyə klubları ilə 3-cü dueli olub. 1994/95 mövsümündə UEFA Kubokunun (hazırkı Avropa Liqası) I təsnifat mərhələsində "Turan" "Fənərbağça" ilə üz-üzə gəlib. Bu, Azərbaycanın avrokuboklarda dedütü olub. 1994-cü il avqustun 9-da "Şükrü Saracoğlu" stadionunda İstanbul təmsilçisi 5:0 hesablı qələbə qazanıb. Bundan iki həftə sonra Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçda da Tovuz komandası uduzub - 0:2. 

 

2000/01 mövsümündəki "Kəpəz" - "Antalyaspor" dueli də türkiyəlilərin iki matça görə 7:0 hesablı qələbəsi ilə nəticələnib. 2000-ci il avqustun 8-də Tofiq Bəhramov adına Respublika stadionunda 0:2 hesabı ilə uduzan Gəncə təmsilçisi iki həftə sonra "Atatürk" stadionunda qapısında 5 cavabsız top görüb. 

 

Mamadu həm də "Neftçi"nin avrokuboklara yubiley qoluna imza atıb. Belə ki, "ağ-qaralar" 1995-ci ildən çıxış etdiyi qitəmiqyadlı turnirlərdə 66-cı matçına 75-ci qolunu vurub.

 

Xatırladaq ki, bu, Mbodjun "Neftçi"nin avrokuboklarda 2-ci qolu olub. Maraqlıdı ki, ucaboylu futbolçi ilk dəfə də Avropa Liqasının II təsnifat mərhələsində evdə başla fərqlənmişdi. Bu keçən yay Tula "Arsenal"ıyla Bakcell Arena"dakı cavab matçında böyükhesablı qələbəni (3:0) rəsmiləşdirməklə baş vermişdi. 

football24
27 Oktyabr 2020
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB