TOP 10

“Qarabağ”ın Avroliqanın pley-offunda rəqibi müəyyənləşdi

Futbol
Tarix: 2020-09-18 16:18

Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında saat 16:00-da başlayan mərasimdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi məlum olub.

 

Çempionlar yolunda səpələnmişlər səbətində yer alan Ağdam klubu "Legiya" (Polşa) – "Drita" (Kosovo) cütünün qalibiylə görüşəcək. Püşkə əsasən "Qarabağ" səfərdə çıxış edəcək.

 

Qurban Qurbanovun komandasının rəqibi sentyabrın 24-də Varşadada keçiriləcək III təsnifat mərhələsinin matçında dəqiqləşəcək. Ağdamlılar isə oktyabrın 1-də qrupa vəsiqə uğrunda görüşə çıxacaq. 
 

football24
27 Oktyabr 2020
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB