TOP 10

“Roma"ya keçə bilər – “Neftçi” ilə oyundan sonra

Futbol
Tarix: 2020-09-17 18:01

Avropa Liqasının II təsnifat mərhələsində bu gün “Neftçi”nin qonağı olacaq “Qalatasaray” matçdan sonra braziliyalı legioneri Markao Teyşeyra ilə vidalaş bilər. Sport24.az xəbər verir ki, buna səbəb 24 yaşlı mərkəz müdafiəçisinin “Roma”nın maraq dairəsində olmasıdır.

 

İtaliya klubu Markao üçün 12 milyon avro təklif etsə də, tərəflər ortaq məxrəcə gəlməyib. Çünki İstanbul təmsilçisi legioneri gedişi müqabilində 16 milyon avro tələb edib. Hazırda klublar arasında danışıqlar davam edir. “Roma” "Qalatasaray"ın təklifini qəbul etsə, "sarı-qırmızılar" Türkiyəyə qayıtdıqdan sonra bu keçid gerçəkləşə bilər.

 

Qeyd edək ki, Teyşeyra ötən ildən “Qalatasaray”da çıxış edir.

 

  •  
  •  
  •  
football24
26 Oktyabr 2020
25 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB