TOP 10

“Midlsbro”nun baş məşqçisində koronavirus aşkarlandı

Dünya Futbolu
Tarix: 2020-09-17 17:31

İngiltərənin “Midlsbro” klubunun baş məşqçisi Nil Uornokda koronavirus aşkarlanıb. Sport24.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 

71 yaşlı mütəxəssisdən götürülmüş koronavirus testi müsbət nəticələnib. Bu üzdən də o, komandadan ayrılıb və karantinə alınıb.


Səhhətinin yaxşı olduğu bildirilən məşqçinin müalicəsi davam edir. Onun tam sağaldıqdan sonra komandanın düşərgəsinə qayıdacağı bildirilir.


“Midlsbro” sentyabrın 19-da “Bornmut”u qəbul edəcək. Komandanı bu oyuna Uornokun köməkçiləri çıxaracaq.

football24
23 Oktyabr 2020
22 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB