TOP 10

"Mölde"nin sabiq oyunçusu: "Bu qələbə həm klub, həm də Norveç futbolu üçün çox dəyərlidi"

Futbol
Tarix: 2020-09-17 16:00

"Penaltilər seriyası əsəbi keçdi. Hər iki komanda zərbələri dəqiq yerinə yetirəndə elə də asan olmur. Çünki bu zaman təzyiq artır. Amma əmin idim ki, Kristoffer Haugen komandamız üçün sonuncu penaltini dəqiq vuracaq. Çünki soyuqqanlı və özünə güvənən oyunçudur". Sport24.az xəbər verir ki, bu fikiləri "Mölde"bib futbolçu Rekdal Hyetil öz ölkəsinin mətbuatına açıqlamasında Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı üstələdiyi oyun barədə danışarkən deyib.

 

52 yaşlı sabiq hücumçunun sözlərinə görə, Azərbaycan çempionu üzərində qələbə "Mölde" və Norveç futbolu üçün çox dəyərlidir: "Bu, koronavirus pandemiyası dövründə maliyyə baxımından xüsusilə vacib idi. İndi "Molde" UEFA-dan müəyyən gəlir götürəcək. Çempionlar Liqasının qrupuna düşsələr, bu, möcüzə olacaq".

 

Qeyd edək ki, əsas vaxtı qolsuz başa çatmış matçın penaltilər seriyasında rəqibinə 5:6 hesabı ilə uduzan "Qarabağ" çıxışını Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

football24
26 Oktyabr 2020
25 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB