TOP 10

"Qarabağ"ın pley-offda potensial rəqibləri - "Ararat"a görə Sloveniya çempionu "ofsayd"a düşür

Futbol
Tarix: 2020-09-17 14:00

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Sport24.az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsində "Mölde"yə uduzduğundan mübarizəyə Avroliqada davam edəcək Ağdam təmsilçisi pley-offun püşkündə səpələnmişlər səbətində yer alacaq.

 

Buna baxmayaraq, Qurban Qurbanovun yetirmələrinin güclü rəqiblərindən biri ilə qarşılaşması mümkündü. Sadəcə, Avropa Liqasında hələ II təsnifat mərhələsi yekunlaşmadığı üçün təmsilçimizin potensial rəqibləri ilə bağlı vəziyyət qarışıdı. Bu gün keçiriləcək qarşılaşmalardan sonra rəqiblər dəqiqləşəcək.
 
“Qarabağ”ın hazırda 29 potensial rəqibi var. Ermənistanın “Ararat” klubu Avroliqada növbəti mərhələyə yüksəlsə belə, iki ölkə arasındakı münaqişəyə görə püşkdə Azərbaycan təmsilçisi ilə düşə bilmədiyindən potensial rəqiblər sırasına daxil deyil. Bu gün “Ararat” Lüksemburq “Fola”sını mübarizədən kənarlaşdırsa, deməli, Sloveniya “Selye”si də potensial rəqiblərin siyahısından silinəcək. Hələliksə həm “Fola”nı, həm də “Çelye”ni bu siyahıya daxil etməliyik.

 

“Qarabağ”ın pley-offdakı mümkün rəqibləri aşağıdakılardı:
 

“Ludoqorets” (Bolqarıstan)

“Tirana” (Albaniya)

“Riqa” (Latviya)/”Tre Fiore” (San-Marino) – “Seltik” (Şotlandiya)

“Sarayevo” (Bosniya və Herseqovina) – “Astana” (Qazaxıstan)/”Buduçnost” (Monteneqro)

“Legiya” (Polşa) – “Sileks” (Şimali Makedoniya)/”Drita” (Kosovo)

“Şerif” (Moldova) – “İnter” (Andorra)/”Dandolk” (İrlandiya)

“Yurqorden” (İsveç)/”Europa” (Cəbəllütariq) – ÇFR (Rumıniya)

KuPS (Finlandiya)/”Slovan” (Slovakiya) – “Suduva” (Litva)

“Klaksvik” (Farer adaları) – “Konnahs Kuey” (Uels)/”Dinamo” (Tblisi Gürcüstan)

“Linfild” (Şimali İrlandiya)/”Floriana” (Malta) – “Flora” (Ettoniya)/”Reyktavik” (İslandiya)
 

“Ararat” (Ermənistan)/”Fola” (Lüksemburq) – “Selye” (Sloveniya)
 

Xatırladaq ki, Avropa Liqasında pley-off mərhələsinin püşkü sabah atılacaq.

football24
23 Oktyabr 2020
22 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB