TOP 10

"Qarabağ" ÇL-dən qazancı - Avroliqada nə qədər qabağa düşə bilər?

Futbol
Tarix: 2020-09-17 14:23

Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin "Mölde" klubuna uduzan "Qarabağ" mübarizəni Avropa Liqasında davam etdirəcək. Sport24.az xəbər verir ki, "Qarabağ" Avropanın ən nüfuzlu klub turnirində bu mərhələyə irəlilədiyi üçün UEFA-dan 1 milyon 370 min avro mükafat qazanıb.

 

Hərçənd, ÇL-in pley-offuna yüksəlsəydi, büdcəsini daha 7 milyon avro zənginləşdirmiş olacaqdı. Buna Norveç təmsilçisi nail oldu və pley-offda Macarıstanın "Ferensvaroş" klubun keçsə, büdcəsinə 15,25 milyon avro əlavə olunacaq.

 

Məlumdu ki, "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi sabahkı püşkdə müəyyənləşəcək. Ağdam klubu turnirin qrup mərhələsinə yüksəlsə, büdcəsini 2,92 milyon avro ilə zənginləşdirəcək.

 

Avropa Liqasının qrup mərhələsində qələbəyə 570 min, heç-heçəyə isə 190 min avro mükafat verilir. Qrupun qalibi 1 milyon, ikincisi isə 500 min avro ilə büdcəsini zənginləşdirir.

football24
26 Oktyabr 2020
25 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB