TOP 10

Baş məşqçisi Dadaşovu əsl bitirici sayır: "O, meydanda nə vaxt nə edəcəyini yaxşı bilir"

Futbol
Tarix: 2020-09-17 13:00

“Rüfət çox faydalı futbolçudur. O, meydanda nə vaxt nə edəcəyini yaxşı bilir”. Sport24.az xəbər verir ki, bunu ABŞ-ın “Finiks Rizinq” klubunun baş məşqçisi Rik Şantz Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun ABŞ Milli Futbol Liqasının (USL) XII turunda "Las-Veqas Layts" önündəki çıxışını dəyərləndirərkən deyib.

 

O, komandasının 5:1 hesabı ilə qalib gəldiyi matçda 2 qol, 1 məhsuldar ötürməylə üçüncü dəfə həftənin rəmzi komandasına düşən 29 yaşlı forvarddan razılığını ifadə edib: “Çoxları görməzlikdən gəlsə də, Dadaşovda ən çox xoşuma gələn xüsusiyyəti daim hərəkətdə olması və müdafiə xəttin gərginlikdə saxlamasıdır. Rüfət qapıçılar üçün təzyiqdir, hücum zamanı cinah oyunçularımızın boş zona tapmasına şərait yaradır. O, son dərəcə ağıllıdır və əsl bitiricidir. Rüfətin komandamızda olması sevindirici haldır. O, bu təriflərə layiqdir”.

 

Qeyd edək ki, bu mövsüm hesbaına 10 qol yazdıran 29 yaşlı Dadaşov bombardirdən cəmi 1 top geri qalır. Onun komandası növbəti matçını sentyabrın 20-də “San Dieqo Loyal”a qarşı keçirəcək.

  •  
  •  
  •  
football24
26 Oktyabr 2020
25 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB