TOP 10

“Qarabağ” Azərbaycanı irəli saldı

Futbol
Tarix: 2020-09-17 12:10

Futbol üzrə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Norveç “Molde”si ilə qarşılaşan “Qarabağ” Azərbaycanın UEFA reytinqinə 0.250 xal qazandırıb. Sport24.az xəbər verir ki, 120 dəqiqəsi qolsuz bitən görüşün taleyi penaltilər seriyasında həll olunduğundan hər iki komanda ölkəsinə xal qazandırmağı bacarıb.


Bununla da Azərbaycanın cari mövsümdəki qazancı 1.750-yə çatıb. Ölkəmiz son 5 mövsümün nəticələrinə əsasən 16.125 xal toplayıb.


Kiprdəki matça qədər reytinqdə 26-cı olan ölkəmiz bununla da Rumıniyanı keçib. Bu ölkənin aktivində 15,950 xal var. “Molde”nin uduzmaması Norveçin 24-cü pillədə qalması ilə nəticələnib – 16,250. Əks halda isə Azərbaycan şimallıları da keçə bilərdi.

football24
26 Oktyabr 2020
25 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB