TOP 10

“Qalatasaray”ın vitse-prezidenti “Neftçi”nin qonaqpərvərliyindən danışdı: "Azarkeş olmadan oyunun dadı-duzu yoxdu"

Futbol
Tarix: 2020-09-17 12:00

Türkiyənin “Qalatasaray” klubunun vitse-prezidenti Abdurrahim Albayrak Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri oyundan öncə açıqlama verib. Sport24.az xəbər verir ki, Azərbaycana gəlməzdən əvvəl “TRT Spor”a danışan klub rəsmisi, “sarı-qırmızılar”a inandığını bildirib:


“Çox sevdiyimiz qardaş ölkəyə gedirik. Rəqib klub bizə qonaqpərvərlik göstərir. Azərbaycandakı dostlarımıza salam göndəririk. Keçirəcəyimiz oyun bizim üçün çox vacibdir. İnanıram ki, “Qalatasaray” “Qaziantep”lə matçda (3:1) göstərdiyi performansı Bakıda da göstərib, “Neftçi”ylə oyunda qələbə qazanaraq, Türkiyəyə mərhələ adlamış şəkildə qayıdacaq.


Oyunun harda keçirilməsinin böyük bir fərqi yoxdur. Oyun İstanbulda da keçirilsə, yenə azarkeşlər olmayacaqdı. Azarkeş olmadan oyunun dadı-duzu yoxdur, harda oynanılsa, eynidir”.


Bu gün Bakı Olimpiya stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” matçına saat 20:00-da start veriləcək.

football24
26 Oktyabr 2020
25 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB