TOP 10

"Qarabağ"ın ÇL-də yolunu kəsən qapıçı: "Qaytardığım penalti zamanı arxayın idim”

Futbol
Tarix: 2020-09-17 11:29

“Qarışıq duyğular keçirirəm. Çemponlar Liqasında olumuza davam etmək istəyirdik. İsti hava şəraitində görüşün əlavələrə uzanması işimizi çətinləşdirdi. Bu üzdən bütün komanda yoldaşlarım tərifə layiqdi”. Sport24.az xəbər verir ki, bunu “Mölde”nin qapıçısı Andreas Linde Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində “Qarabağ” üzərində qazanılan qələbəni şərh edərkən deyib.

 

Qolsuz bərabərliklə başa çatan matçın penaltilər seriyasında Bədavi Hüseynovun zərbəsini dəf edən 27 yaşlı qolkiper duelin qəhrəmanı olaraq komandasını pley-offa daşıyıb. İsveçli qolkiper bunu karyerasının ən yaxşı qurtarışı hesab edir: “Rəqibin 6-cı penaltisi zamanı bir az arxayın idim. Çünki zərbələrin sayını itirmişdim və onun həlledici olub-olmadığını bilmirdim. Yalnız zərbəni dəf etdikdən sonra komanda yoldaşlarım mənə tərəf qaçdıqları zaman qələbə qazandığımızı başa düşdüm. İnanılmaz sevinc və rahatlıq hissi keçirdim. Həmin penalti karyeramın ən vacib qurtarışı idi”.

 

Linde bu qələbəni 14 yaşı olarkən vəfat edən atasına həsr edib: “Bilirəm ki, atam hər gün, eyni zamanda meydanda olduğum zaman məni izləyir. “Qarabağ”la matçda da onun arxamda olduğunu hiss etdim. Bu, mənim üçün çox şey deməkdir və belə vəziyyətlərdə əlavə dəstəyim olur”.

 

Qeyd dək ki, "Qarabağ“ı Avropa Liqasına yollayan "Mölde” ÇL-in pley-off mərhələsində Macarıstan təmsilçisi “Ferensvaroş”la qarşılaşacaq. 

 

  •  
  •  
football24
26 Oktyabr 2020
25 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB