TOP 10

Levent Özçelik Sport24.az-a "Neftçi"nin "Qalatasaray" qarşısında üstünlüklərini göstərdi: "Təmsilçinizə yalnız 10 faiz şans vermək haqsızlıq olar"

Futbol
Tarix: 2020-09-17 10:18

Bu gün iki qardaş ölkənin - Azərbaycanla Türkiyənin təmsilçiləri avrokuboklarda görüşəcək. Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" - "Qalatasaray" dueliylə bağlı Türkiyənin tanınmış futbol şərhçilərindən olan Levent Özçeliklə söhbətləşdik. "Cim-Bom"un 20 il UEFA Kubokunu qazandığı "Arsenal"la final matçının şərhşisi olmuş Levent bəy Sport24.az-a eksklüziv müsabihəsinə bugünkü duellə bağlı gözləntilərini bildirməklə başlayıb. 

 

- Təəssüf ki, "Neftçi"ni heç izləyə bilmədiyimdən, ona detallı qiymət verə bilmərəm. Amma "Qalatasaray"la bağlı onu deyə bilərəm ki, mövsümə çox yaxşı başladı. Bildiyiniz kimi, "Qaziantep" üzərində 3:1 hesablı inamlı qələbə qazandı. "Qalatasaray" hazırda Super Liqada birinci həftə etibarilə ən yaxşı komanda təsiri bağışladı. Məlumdu ki, Radamel Falkao uğurlu döndü - 2 qol atdı, 1 assisti də oldu. Əmtra Akbaba keçən mövsümdə olduğu kimi, zədədən əziyyət çəkir və avrokuboklara sifariş olunmayıb. Qrupa çıxarsa "Qalatasaray", həmin vaxt bu futbolçunun adı iştirak ərizəsinə salınar və orda oynayar. Dolaysıla orta sahəyə bir yeni futbolçuya ehtiyacı var təmsilçimizin. Bu da hər halda, oktyabrın əvvəlinədək həll ediləcək. Arda Turan da döndü, bu da çox önəmlidu. Arda da hazırda istəkli, forma yığması kimi görünür. Bir sözlə, üstünlüyün "Qalatasaray"da olması hesab edilir.  Ancaq avrokuboklar matçları fərqli və çox önəmlidi. Bir şey soruşum, sizdə çempionat matçlarına azarkeşlər buraxılırmı?

 

- Yox. "Qalatasaray"la matç 68 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionuna salınıb. Hansında ki, Türkiyə milli komandası Avropa çempionatın final mərhələsində 2 qrup oyununu keçirəcək...
- Aydındı. Millimizin baş məşqçisi Şenol Günəşin ora bir ziyarəti olmuşdu. Deediyim kimi, hazırda "Qalatasaray"ın şansının daha çox olduğu görünür. Ancaq Azərbaycan komandaları avrokuboklarda öz meydanlarında çox istəkli oynayır. Təbii ki, ordakı futbolçular Türkiyə bazarının onları görməsini də istəyir. Bu yöndə baxsaq, səfər matçımız çətin kimi görünür. Ancaq erkən qol gəlirsə, "Qalatasaray" turu rahat keçəcək. Təbii ki, bu, futboldu, hər şey ola bilər. Sadəcə, Fatih Terimin komandası ilk turda inamlı futbol nümayiş etdirərək hazırda yaxşı formadadı. 

 

- Duel bir qarşılaşmadan ibarətdi. Necı düşünürsünüz, bu, "Qalatasaray" üçün bir sıxıntı yaşada, onu psixoloji təzyiq altında saxlaya bilərmi ki, revanş matçı olmayacaq?
- Təbii ki, belə arzolunmaz gedişat ola bilər - "Neftçi" qolunu vurur, böyük qüvvəylə müdafiə olunur və top qapısına getmir. Duelin bir matçdan ibarət olması ev sahibi olan Bakı komandasının üstünlüyüdü, bizim təmsilçinin yox. Bu fikrinizlə razıyam, doğru söyləyirsiniz.

 

- "Qalatasaray"ın uzun illərdi əsas qapıçısı olan Fernando Muslera keçən mövsümdən zədə üzündən kənarda qalıb. Bəs bu amil İstanbul klubunda qapıçı problemi yaşada bilərmi?
- Hazırkı qapıçı Musleranın yoxluğunu unutdurmağa çalışır. Muslera olsaydı, daha fərqli "Qalatasaray” olduğunu deyərdik. Amma Fernando böyük ehtimalla ilin sonunadək oynamayacaq. Dolayısyla bu “Neftçi” üçün bir üstünlükdü. Ancaq “Qalatasaray” çox ciddi anlamda bu matçın favoritidi. Hazırda təmsilçimiz çox istəklidi, çünki Avropa Liqasında çıxışını davam etdirmək arzusundadı. 

 

- Bəli, öz stadonumuzda oynayrııq, ancaq boş tribunalar qarşısında. Halbuki, azarkeş dəstəyi olanda avrokuboklardakı təmsilçilərimiz onlardan böyük enerji alır və bununla da rəqiblərinə ciddi çətinliklər yaradırdı. İndiki vəziyyət hansı komanda üçün üstünlükdü?
- Elədi, azarkeş dəstəyi omayacaq. Ancaq istənilən halda, bir komandanın öz meydanında, öz şəhərində oynaması hər zaman üçün bir üstünlükdü.

 

- “Qalatasaray”da zaman-zaman avrokuboklarda gözlənilməz uğursuz yaşayıb özündən zəif rəqiblərə qarşı – “Ostersund”, “Tromse” nümunəsi var. Sizcə, "Neftçi” uğursuzluğunun olması nə dərəcədə realdı?

-  Doğrudu, "Qalatasaray” üçün belə xoşagəlməz olaylar da var Avropa məcarəsində. Amma istər komanda, istərsə də Fatih Terim uzun bir müddəti uğurlu ola bilmədikdəki avrokuboklarda “uğur çubuğu”nu artıq özlərinə tərəf çevirmək istəyirlər. Bu üzdən "Neftçi”ylə matça həddən çox fərqli baxırlar. Bu mövsüm də Fatih hoca Avropa Liqasında özünü göstərmək istəyir. Ona görə də belə bir uğursuzluq yaşamamaq, elə bir şanssızlığa yer buraxmamaq istəyəcək. 


- Terimin komandası bu mövsüm Türkiyə Super Liqada çempionluğa əsas namizəd kimi göstərilr. Doğrudanmı, hazırda belə bir gücə malikdi?
- "Qalatasaray" keçən mövsümdə koronaviris pandemiyası dövründə hər komandadan daha hazırlıqsız yaxalandı. Həm Akbabayla Musleranın zədələnməsi oldu, həm də Falkao hazır, Cadde komandada deyildi. Bütün bunlarla yanaşı, bir faktı da ortaya qoyaq – azarkeş amili. Bu, "Qalatasaray” üçün çox önəmlidi, çünki öz meydanında – “Türk Telekom Arena”da oynadığı zamanı azarkeş dəstəyindən digər komandalardan ən çox faydalanandı. Yəni, seyrçisiz oynamaq onun çox əleyhinə işlədi. Bu psixoloji əskikliyi Türkiyədə ən çox özündə görən "Qalatasaray” oldu. Üstəlik, Fatih hocanın bir müddət koronavirus testi pozitiv çıxdı. O da bu məsələdə bir sıxıntı yaşadı. Bütün bunlar bir araya gəldiyi zamanı pandemiya başladığı dövr ”Qalatasaray"ın tam olaraq liqaya girməsini, konsentrasiya olmasını əngəllədi. Ancaq indi komanda özünü bu məsələdə daha yaxşı hazırlayıb. Terim də azarkeş dəstəyindən çox ilham alan bir baş məşqçidi. Bu mənada hazırkı dönəmdə özünü reallıqlara görə psixoloji cəhətdən hazırladığını düşünürəm. Yəni, yeni normal şərtlər dönəmində özünü hazırladı. Bu prizmadan baxdığımız zamanı, təbii ki, avrokuboklar matçı çox vacibdi, ancaq onu da nəzərə alaq ki, "Qalatasaray" həftəsonu Super Liqada son çempionu "Başakşəhir”lə səfərdə oynayacaq, ardından isə evdə “Fənərbaxça”yla derbisi var. Yəni, qarşıdakı bu 3 matç mövsümün əvvəli olmasına baxmayaraq, son dərəcədə önəmlidi.

 

- Necə hesab edirsiniz, "Qalatasaray" Super Liqada bu vacib matçlara görə gücünü qoruya bilərmi? Yəni əsas futbolçularını “Neftçi”ylə görüşdə ən azı start heyətdə buraxmaya, daha çox ehtiyatda qalanlara şans verə bilərmi Terim?
- Belə düşünmürəm. Onsuz da Bakıya gətrilməyən futbolçular oldu. Fatih hocanın bu dueli bir matçdam ibarət olduğu üçün şansa buraxacağını düşünmürəm.

 

- Son olaraq proqnoz verəsi olsanız, “Neftçi”yə nə qədər şans tanıyarsınız? – 10, 20, 30 faiz, yoxsa..?
- Hər matçda bir komandanın 10 faiz şansı dəqiq var. Sadəcə, 10 yox, bundan çox faiz də verilə bilər. Hər oyunun özünə görə ayrıca bir hekayəsi var. Bu üzdən yalnız 10 faiz şans vermək ev sahibi olan komanda üçün haqsızlıq olar. 100 faiz daxilində proqnoz vermək bir az yanlışdı. Ancaq belə etmək lazımdırsa, 50 faizdən çox şans təbii ki, "Qalatasaray”ındı.  
 

 

 

 

MEHMAN SÜLEYMANOV

football24
26 Oktyabr 2020
25 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB