TOP 10

"Mölde"nin baş məşqçisi: "Komandam bütün ruhunu meydanda qoydu"

Futbol
Tarix: 2020-09-17 09:00

“Bu gün komanda bütün ruhunu meydanda qoydu, sonadəm mübarizə apardı. Bu qələbə insana eyforiya, ecazkar bir hiss verir. Yaşıl meydanlarda bunu tez-tez yaşamırıq". Sport24.az az xəbər verir ki, bu fikirləri “Mölde”nin baş məşqçisi Erlinq Mo Çempionlar Liqasının III  təsnifat mərhələsində “Qarabağ”la keçirilən oyunu dəyərləndirərkən deyib.

 

O, hədəflərinin Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq olduğunu söyləyib: "Əlimizə düşən imkandan yararlanmağa çalışacağıq. Bu, həm də ciddi gəlir mənbəyi deməkdir. Maliyyə hesabatında yaxşı olduğumu deyə bilmərəm. Ancaq bu baş verərsə, böyük təminat qazanmış olarıq. Bizi dəstəkləyən etibarlı sponsorlarımız var. Bu da iddialı olmaq, gələcəyə nikbin baxmaq imkanı yaradır”.

 

Mo matçın 102-ci dəqiqəsində Etzaz Hussainin penalti zərbəsini qaçırmasına da münasibət bildirib: “Əslində penaltini Ohi Omoyjuanfo vurmalı idi. Ancaq Etzaz Hussain məsuliyyəti üzərinə götürdü. Qolla nəticələnməsə də, onun yükün altına girməsi böyük məsuliyyət idi. Düşünürəm ki, Etzaz həmin an əsl xarakter, cəsarət nümayiş etdirdi”.
 

Xatırladaraq ki, "Qarabağ"ı penaltilər seriyasında üstələyərək (6:5) pley-offa yüksələn Norveç çempionu pley-offda Macarıstanın "Ferentsvaroş" klubuyla görüşəcək. 

 
football24
26 Oktyabr 2020
25 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB