TOP 10

Portuqaliya millisinin üzvü Bundesliqada klubunu dəyişdi

Dünya Futbolu
Tarix: 2020-09-17 13:31

Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Ayntraxt”ın və Portuqaliya yığmasının hücumçusu Qonsalo Pasiensiyanı heyətinə qatıb.
 

26 yaşlı futbolçu Frankfurt təmsilçisindən bir illik icarəyə götürülüb. O, yeni komandasında 18 nömrəli formanı geyinəcək.


“Portu”nun yetirməsi olan Pasiensiya 2018-ci ildə “Ayntraxt”a transfer olunub. Lakin tez-tez zədələrlə üzləşən futbolçu bu komandada möhkəmlənə bilməyib. Hücumçu “Portu”da olarkən icarə əsasında “Akademika”, “Olimpiakos”, “Rio Ave” və “Vitoriya Setubal”da icarədə də oynayıb.

football24
26 Oktyabr 2020
25 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB