TOP 10

Araz Abdullayev rəsmən Türkiyə klubunda

Futbol
Tarix: 2020-09-15 22:34

“Qarabağ”dan ayrılandan sonra klubsuz qalan Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin yeni komandası rəsmən müəyyənləşib. Sport24.az xəbər verir ki, millimizin üzvü Türkiyənin 1-ci Liqa təmsilçisi “Boluspor”a transfer olunub.
 

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.


Xatırladaq ki, Araz Abdullayev daha öncə Yunanıstanda “Panionios” və “Anortosis” klublarında legioner həyatı yaşayıb.

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB