TOP 10

“Arsenal”dan Obameyanqla yeni müqavilə - RƏSMİ

Dünya Futbolu
Tarix: 2020-09-15 21:25

İngiltərənin “Arsenal” klubu hücumçusu Pyer-Emerik Obameyanqla müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 

Qabonlu hücumçu ilə sözləşmənin müddəti 2023-cü ilədək uzadılıb. 31 yaşlı forvard qarşıdakı 3 il ərzində "topçular"dan ümumilikdə 60 milyon funt-sterlinqə yaxın gəlir əldə edəcək.


Qeyd edək ki, Obameyanq "Arsenal"a 2018-ci ildə Almaniyanın "Borussiya" (Dortmund) klubundan keçib. O, indiyə qədər bu komandada 111 oyuna çıxıb, 72 qola imza atıb.

football24
27 Sentyabr 2020
26 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB