TOP 10

“Barselona” ilə VİDALaşdı

Dünya Futbolu
Tarix: 2020-09-15 19:00

“Barselona”nın futbolçusu Arturo Vidalın “İnter”ə keçə biləcəyini xəbər vermişdik. Sport24.az İspaniya mətbuatına istinadən xəbər verir ki, artıq bu transfer yekunlaşıb.


Bu gün Kataloniya klubunun məşqinə gedən çilili futbolçu, komanda yoldaşları ilə vidalaşıb və bazadakı əşyalarını götürüb. Futbolçunun növbəti 48 saat içərisində “İnter” üçün tibbi müayinədən keçəcəyi və ardınca rəsmi müqaviləyə imza atacağı bildirilir.


2018-ci ildən “Barselona”nın şərəfini qoruyan Vidalın müqaviləsi mövsümün sonuna qədərdir.


“İnter” Vidaldan əlavə, heyətini daha bir yeni futbolçuyla gücləndirməyə yaxındır. İtaliya mətbuatının yazdığına görə, “neradzurra” İsveçrənin “Lütsern” klubundan Darian Malesi transfer etməyə hazırlaşır. Məlumata görə, klub 19 yaşlı futbolçunun keçidi ilə bağlı bütün məsələlərdə anlaşıb. Males bu gün Milana gedib. Onun müayinədən keçəcəyi və bundan sonra rəsmi müqaviləyə imza atacağı bildirilir. “İnter”in isveçrəli futbolçunun transferi üçün 4 milyon avro ayırdığı deyilir.


“Barselona” da Lion “Olimpik”indən Memfis Depayın transferini tamamlamağa yaxındır. Tərəflər arasında bütün məsələlərdə razılıq əldə edilib. Kataloniya klubunun bu həftə içərisində 26 yaşlı futbolçunun keçidini rəsmi şəkildə açıqlayacağı bildirilir. “Barselona”nın bu keçid üçün qarşı tərəfə 25+5 milyon avro ödəyəcəyi deyilir. 2017-ci ilin qışından Fransa klubunun şərəfini qoruyan niderlandlı hücumçunun müqaviləsi bu mövsümün sonunda başa çatır.

football24
27 Sentyabr 2020
26 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB