TOP 10

"Səbail"in mətbuat katibi vəzifəsindən getdi - səbəbini özü açıqladı

Futbol
Tarix: 2020-09-15 18:30

"Səbail"də yeni mətbuat katibi olacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, bu vaxta qədər həmin vəzifədə olan Törə Əhmədova vəzifəsindən ayrılıb.

 

Əhmədova əməkdaşımızla söhbətində məlumatı təsdiqləyib: “Bildiyiniz kimi, bu vəzifəmi AFFA-nın mətbuat xidmətindəki işimlə birləşdirirdim. Son vaxtlar assosiasiyada işlər artıb. Bu səbəbdən məni klubdakı işimdən azad etmək xahişi ilə "Səbail" rəhbərliyinə müraciət etdim. Sabahdan etibarən klubdakı fəaliyyətimi dayandıracam".

 

Qeyd edək ki, Əhmədova Azərbaycan klublarında mətbuat katibi vəzifəsində çalışan yeganə qadın idi.
 

 

 

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB