TOP 10

Fitnes avadanlıqları ilə bağlı tender

Futbol
Tarix: 2020-09-15 15:51

AFFA Tovuz rayonunda yerləşən və “Turan Tovuz Peşəkar Futbol Klubu” ictimai birliyinin nəzdində fəaliyyət göstərən Futbol Akademiyası üçün fitnes avadanlıqlarının alınması üzrə tender elan edir.

Avadanlıqlarla bağlı məlumatlarla aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz:

 

Fitnes avadanlıqları ilə bağlı məlumat

 

 

Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

 

Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi  qalib olduğu halda, tələb edilən işlərin vaxtında təhvil veriləcəyinə dair zəmanət məktubunu 30.09.2020-ci il, saat 17:00-a qədər bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərə bilər.

 

İşin təhvil verilməsi üçün son tarix: 15 oktyabr 2020-ci il

 

Ödəniş şərtləri: 50% öncədən, 50% mallar təhvil verildikdən sonra

 

Əlavə suallarla bağlı tender@affa.az elektron ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB