TOP 10

Qurbanovdan 1-ci, səfərdə 70-ci

Futbol
Tarix: 2020-09-15 14:48

Ruslan Qurbanov “Zirə”nin heyətində ilk qolunu vurub. Sport24.az xəbər verir ki, 29 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının II turunun “Səbail”lə səfər oyununda fərqlənib.

 

Penaltini dəqiq yerinə yetirən Qurbanov 2:1 hesablı qələbəyə töhfəsini verib. O, qol hesabını komandadakı 2-ci matçında açıb. Ruslan “Zirə”nin heyətində rəqib qapısına yol tapan 43-cü futbolçudur. Bunadək 42 oyunçu qol vurmağa müvəffəq olub.

 

Qurbanovun qolu həm də yubiley xarakteri daşıyıb. “Zirə” Azərbaycan Premyer Liqasında 70-ci səfər qoluna imza atıb. Bu, rəqib meydanındakı 72-ci görüşə təsadüf edib. Komanda 2018/19 mövsümündə 17, 2015/16 və 2017/18 mövsümlərində 15, 2016/17 mövsümündə 11, ötən çempionatda 11 dəfə rəqib meydanında qol vurubsa, cari turnirdə artıq 3 dəfə fərqlənib.

 

Qeyd edək ki, “Zirə” son 4 çempionat matçını qolsuz tərk etmir.

  •  
football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB