TOP 10

AFFA 4 klubu cəzalandırdı

Futbol
Tarix: 2020-09-15 14:38

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verur ki, “Neftçi” – “Sumqayıt” oyununda meydan sahiblərinin futbolçusu Anton Krivotsyuk qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.


“Səbail” – “Zirə” oyununda qonaqlar 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 800 manat cərimə olunur.


“Sabah” – “Qəbələ” oyununda meydan sahiblərinin futbolçusu Slavik Alxasov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. “Qəbələ” 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 800 manat cərimə olunur.

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB