TOP 10

"Qarabağ" cərimələndi – Əsasnaməni pozduğuna görə

Futbol
Tarix: 2020-09-15 14:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, qurum Premyer Liqanın II turu çərçivəsində “Keşlə”nin qonağı olan “Qarabağ” cərimələnib.

 

Buna səbəb Ağdam klubunun AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək) yerinə yetirməməsi olub. Bu üzdən son çempion 800 manat cərimələnib.

 

Bundan əlavə, “Qarabağ” stadiona təyin olunan vaxtdan gec gəldiyi üçün daha 800 manat cərimə olunub.

  •  
  •  
football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB