TOP 10

60 il əvvəlin tarixi fotosu: “Neftçi” - “Qalatasaray”

Futbol
Tarix: 2020-09-15 12:49

“Neftçi”nin rəsmi "Facebook" səhifəsində tarixi foto paylaşılıb. Sport24.az xəbər verir ki, paylaşılan şəkil 1960-cı ildə çəkilib.

 

60 il öncə, iyulun 11-də “Neftçi” yoldaşlıq oyununda “Qalatasaray”la üz-üzə gəlib. Görüş “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə tamamlanıb. “Neftçi”nin heyətində Kamil Eynullayev het-trik edib. “Qalatasaray”ın yeganə qoluna isə Ahmet Berman imza atıb.

 

Xatırladaq ki, sentyabrın 17-də “Neftçi” Avroliqanın II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda “Qalatasaray”la üz-üzə gələcək.

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB