TOP 10

Ardayla Falkao “Neftçi”yə qarşı oynamayacaqlar?

Futbol
Tarix: 2020-09-15 13:00

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray” heyətində dəyişikliklər edəcək. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim Super Liqanın I turunda “Qaziantep”lə (3:1) matçdakı start "11-liy"ində islahat aparacaq.

 

Belə ki, həm yol yorğunluğunu, həm də həftəsonu II tur çərçivəsində “Başakşəhər”lə keçiriləcək görüşü nəzərə alan təcrübəli mütəxəssis bəzi aparıcı futbolçularına Bakıda istirahət verəcək. Söhbət müdafiəçi Kristian Luyindama, yarımmüdafiəçi Arda Turan və hücumçu Radamel Falkaodan deir ki, bu trionun “Neftçi"yə qaeçl ilk dəqiqələrdən meydanda olması gözlənilmir. Onların əvəzinə müvafiq olaraq Rayan Donk, Rayan Babel və Mbaye Dian start heyətində mübarizə aparacaq.

 

Terimin heyətdə başqa dəyişikliklərə əl atması da istisna olunmur.

 

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB