TOP 10

AVRO-2020-nin Bakıdakı oyunlarına könüllülərin qeydiyyatı başladı

Futbol
Tarix: 2020-09-15 12:21

Bu gündən etibarən futbol üzrə Avropa çempionatının Bakı Könüllülər Proqramının yeni qeydiyyat mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, AFFA yaşı 18-ə çatmış və daha öncə AVRO-2020 üçün qeydiyyat müraciəti etməmiş şəxslər aşağıdakı linkdən qeydiyyatdan keçə biləcəklərini açıqlayıb.

 

https://euro2020.affa.az/az/volunteers/

 

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

 

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

 

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB