TOP 10

"Qalatasaray”ın Bakıya gələcəyi vaxt müəyyənləşdi

Futbol
Tarix: 2020-09-15 11:20

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray”ın Azərbaycana gələcəyi tarix müəyyənləşib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi sabah - sentyabrın 16-da səhər saatlarında ölkəni tərk etməyə hazırlaşacaq.

 

Koronavirus testindən keçdikdən sonra Bakıya xüsusi çarter reysi ilə gələcək “Cim-Bom”un təyyarəsi yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 12:00) havaya qalxacaq. Fatih Terimin komandası sabah axşam saatlarında matçın oynanılacağı Bakı Olimpiya Stadionunda son məşqinə çıxacaq.

 

Qeyd edək ki, sentyabrın 17-də baş tutacaq “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da start götürəcək.

  •  
  •  
football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB