TOP 10

Argentina yığmasının üzvü “Sevilya”da

Dünya Futbolu
Tarix: 2020-09-15 14:05

“Sevilya” növbəti transferini həyata keçirib. Sport24.az xəbər verir ki, La Liqa təmsilçisi Lissabon “Sportinq”inin müdafiəçisi Markos Akunyanı heyətinə qatıb.

 

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

 

Argentina yığmasında 25-dən çox oyun keçirmiş Akunya, 2010-2107-ci illər aralığında ölkəsinin “Ferrokarril” və “Rasinq” klublarında forma geyinib. 2017-ci ildən isə o, “Sportinq”in uğurları üçün çalışırdı.

football24
27 Sentyabr 2020
26 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB