TOP 10

Super Liqa klubunda macar qapıçı

Dünya Futbolu
Tarix: 2020-09-15 10:49

Türkiyənin “Göztəpə” klubu növbəti transferini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi macar qapıçı Balaş Meqyerini heyətinə qatıb.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.


Peşəkar karyerasına “Ferentsvaroş”da başlayan Meqyeri, sonralar Yunanıstanda “Olimpiakos” və “Atromitos”un, İspaniyada “Xetafe”nin, Almaniyada “Qroyter”in də formasını geyinib.

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB