TOP 10

"Zirə" legionerini transferə çıxarıb

Futbol
Tarix: 2020-09-15 11:15

"Zirə" moldovalı legioneri George Antonu transferə çıxarıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı mərkəz yarımmüdafiəçisinə özünə yeni klub tapmaq tövsiyyə olunub.

 

Bu da onun komandanın yeni baş məşqçisi Rəşad Sadıqovun planlarına daxil edilməməsiylə bağlıdı. Nəticədə Georgenin adı "Zirə"nin PFL-ə göndərdiyi iştirak ərizəsinə daxil edilməyib. 

 

Bununla belə, Anton hələ ki qəsəbə təmsilçisinin düşərgəsində olaraq hazırlıq keçir. Bu da onun yeni klub tapanadək oyun formasını saxlamasına şərait yaradılmasıyla bağlıdı. 

 

Xatırladaq ki, "Zirə"nin qış fasiləsində transfer etdiyi Georgenin klubla hələ 1 illik müqaviləsi var. O, keçən çempioinatda 6 oyunda 341 dəqiqə meydanda olub və 1 sarı vərəqə alıb. 

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB