TOP 10

Cavid İmamverdiyev “Keşlə”dən getdi – yeni klubu da bəllidir

Futbol
Tarix: 2020-09-14 22:03

“Keşlə”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev paytaxt klubundan ayrılıb. Sport24.az saytının əldə etdiyi məlumata görə, 30 yaşlı futbolçu artıq özünə yeni komanda da tapıb.


Cavidin “Keşlə”dən ayrılmasına əsas səbəblərdən biri onun zədə səbəbindən mövsümün əvvəlində özünü göstərə bilməməsi olub. Bu üzdən də tərəflər yolları ayırmağa qərar veriblər. İmamverdiyev mövsümün qalan hissəsini “Sumqayıt”da davam etdirəcək. O, bu komandaya icarə əsasında keçib. Yarımmüdafiəçi “kimyaçılar”la mövsümün sonuna kimi anlaşıb.
 

Qeyd edək ki, Cavid İmamverdiyev daha öncə “Karvan”, “Neftçi”, “Sumqayıt”, “Sabah” və “Keşlə”də oynayıb. O, Türkiyənin “Elazığspor” klubunda legioner həyatı da yaşayıb.

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB