TOP 10

"Neftçi"nin rəqibi Dumbiyanı icarəyə götürdü

Futbol
Tarix: 2020-09-14 21:00

"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan "Qalatasaray"ı Portuqaliyanın "Sportinq" klubunun futbolçusu İdrissa Dumbiyanı transferini hıyata keçirib. Sport24.az xəbər verir ki, İstanbul nəhəngi həm Lissabon təmsilçisi, həm də Fil Dii Sahilindən olan yarımmüdafiəçinin özü ilə anlaşıb.

 

Almaniyanın "Borussiya" (Mönhenqladbax), "Verder" klublarından, həmçinin Belçika təmsilçiləri "Anderlext" və "Brügge"dən gələn təklifləri rədd edən 22 yaşlı Dumbiya yekunda "Qalatasaray"ı seçib. Dumbiya cari mövsümü icarə əsasında "sarı-qırmızılılar"ın heyətində keçirəcək.

 

Qeyd edək ki, "Qalatasaray" sentyabrın 17-də "Neftçi"nin qonağı olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB