TOP 10

Öncə Terim, sonra Məmmədov

Futbol
Tarix: 2020-09-14 18:14

Futbol üzrə Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi” – "Qalatasaray” oyunundan öncə komandaların son məşqinin və mətbuat konfranslarının vaxtı dəqiqləşib. Sport24.az xəbər verir ki, əvvəlcə "Qalatasaray”ın baş məşqçisi Fatih Terimin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
 

Tədbir sentyabrın 16-da Bakı Olimpiya Stadionunda baş tutacaq və saat 18:00-da başlanacaq. Saat 18:30-da "sarı-qırmızılar”ın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi keçiriləcək.


Həmin gün BOS-da "Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı, həmçinin komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:00-da, məşq isə saat 19:45-də başlanacaq.


Qeydiyyatdan keçmiş jurnalistlərə saat 12:00-dan etibarən BOS-dakı media üçün ayrılmış iş otağında oyun üçün akkreditasiyalar təqdim ediləcək. Mətbuat konfransında iştirak edəcək media nümayəndələrinə xüsusi vəsiqə veriləcək. Onlardan tibbi maskadan istifadə etmək və digər qaydalara əməl etmək xahiş olunur.


Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqi "Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB