TOP 10

"Səbail"in yeni transferi zirvədədi - 49 faizlə

Futbol
Tarix: 2020-09-14 15:49

Qvatemala mətbuatı ölkə xaricində çıxış edən qapıçılarla bağlı sorğu keçirir. Sport24.az xəbər verir ki, yerli azarkeşlər arasında aparılan səsvermədə “Səbail”in yeni transferi Nikolas Hagen hələlik ən çox səs toplayan qolkiperdir.

 

Belə ki, 24 yaşlı qapıçı legioner həyatı yaşayan 3 həmkarı – Rikardo Antonio Jerez, Luis Tatuaka və Xose Agirre ilə mübarizə aparır. “Bu mövsüm hansı qapıçı daha yaxşı çıxış edəcək?” sərlövhəsiylə verilən sorğuda Hagen 49 faiz səs toplayıb. Onu n ən yaxın izləyicisi 39 faizlə Jerezdi. Digər iki qəlcək sahibinə isə cəmi 6 faiz azarkeş güvənir. Ümumilikdə hələlik 400-ə yaxın azarkeş səsvermədə iştirak edib.

 

Qeyd edək ki, Hagenin Azərbaycan Premyer Liqasında debütü II turda evdə “Zirə”yə 1:2 hesabıyla uduzduqları qarşılaşma olub. 

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB