TOP 10

Terim "Neftçi"nin güclü və zəif tərəflərini futbolçularına göstərdi

Futbol
Tarix: 2020-09-14 15:18

"Qalatasaray" Avropa Liqasının II təsnifat mərhələsində Bakıda "Neftçi" ilə keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir. Sport24.az xəbər verir ki, komandanın baş məşqçisi Fatih Terim Bakı təmsilçisinin güclü və zəif tərəflərini təhlilərlə futbolçularına başa salıb.

 

Super Liqanın ilk turunun "Qaziantep"lə matçında (3:1) göstərilən oyun və qazanılan qələbə "ağ-qaralar"la matç öncəsi məşqçilər heyətini sevindirib. Bundan başqa, həmin görüşdə zədələnən Emre Kılınçın durumunun ciddi olmadığı və Azərbaycan təmsilçisinə qarşı oynaya biləcəyi vurğulanıb.

 

Yarımmüdafiə xəttini gücləndirmək üçün transfer işlərini də davam etdirən İstanbul klubu Lissabon"Sportinq"inin futbolçusu İdrissa Dumbiya ilə yaxından maraqlanır. "Cim-Bom" Fil Dişi Sahilindən olan 22 yaşlı yarımümdafiəçini icarəyə götürməyi planlaşdırır.

 

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda gerçəkləşəcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.

football24
27 Sentyabr 2020
26 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB