TOP 10

"Qalatasaray" "Neftçi" üçün başladı - 2 gün sonra Bakıya gəlir

Futbol
Tarix: 2020-09-14 10:02

Türkiyə Super Liqasının I turunda “Qaziantep” üzərində 3:1 hesablı qələbə qazanan “Qalatasaray” qısa fasilədən sontra Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyunun hazırlıqlarına başlayıb. Sport24.az xəbər verir ki, Fatih Terimin komandası Florya Mətin Oktay bazasında dünən bir məşq keçib.

 

“Qaziantep”lə qarşılaşmada iştirak edən futbolçular bərpa hazırlığı ilə kifayətləniblər. Digər oyunçular isə normal məşq və sonda ikitərəfli oyun keçiriblər. Bu gün istirahət edəcək “sarı-qırmızılılar” sabahdan “Neftçi” ilə oyunun hazırlıqlarını davam etdirəcək.

 

Terim Bakıya 23 futbolçu gətirəcək. İstanbul təmsilçisi matçdan 1 gün əvvəl ölkəmizə gələcək.

 

Qeyd edək ki, sentyabrın 17-də keçiriləcək “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da start götürəcək.

  •  
football24
27 Sentyabr 2020
26 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB