TOP 10

Rüstəm Əfsərli "AEK Arena"dan, Gündüz Abbaszadə BOS-dan danışacaq

Futbol
Tarix: 2020-09-14 09:20

"CBC Sport" bu həftə avrokuboklardakı təmsilçilərimizin ev matçları canlı yayımlayacaq. Sport24.az xəbər verir ki, Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ"ın III təsnifat mərhələsində Norveçin "Mölde" klubuyla sentyabrın 16-da Kiprin Larnaka şəhərindəki görüşünü Rüstəm Əfsərli şərh edəcək. "CBC Sport"un şərhçilər qrupunun rəhbəri bu məqsədlə ada ölkəsinə ezam olunacaq. Bleə ki, Əsəfrli sabah günün ilk yarısında "Qarabağ"la birgə çarter reysilə Kiprə yollanacaq. "AEK Arena"dakı matç Bakı vaxtilə saat 21:00-da başlayacaq. 

 

Bu görüşün ertəsi - sentyabrın 17-də Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" - "Qalatasaray" qarşılaşması isə Bakı Olimpiya Stadionunda keçiriləcək. Saat 20:00-da başlayacaq oyunun şərhçisi Gündüz Abbaszadə olacaq. 

 

Xatırladaq ki, püşkə əsasən "Qarabağ" - "Mölde" matçı Bakıda Tofiq Bəhramov adına  Respublika stadionunda keçirilməli olsa da, rəqib komanda Norveçdə Şengen zonası ölkələrindən qayıtdıqdan sonra 10 günlük karantinə alınma qaydasının tətbiq olunacağını əsas gətirərək, matçın neytral ölkədə təşkilylə bağlı UEFA-ya rəsmi müraciət edib. Bunu yekunda qəbul edən UEFA seçim hüququnu Azərbaycan təmsilçisinə verib ki, həmin ölkənin Kiprin olmasına qərar vermişik.  

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB