TOP 10

Qomesli "Sabah"ın ilk qələbəsi böyükhesablı oldu

Futbol
Tarix: 2020-09-13 20:54

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub. Sport24.az xəbər verir ki, turun qapanış matçında “Sabah” Masazırda “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib.
 

İlk turda “Qarabağ”a məğlub olan paytaxt təmsilçisinin ilk qələbəsi böyükhesablı olub. Bununla da "Sabah"ın ispaniyalı baş məşqçisi Visente Qomesin komandası 3 xalı 3 cavabsız qolla qazanıb. İlk turda evdə "Zirə"ylə 1:1 hesablı bərabərliyə qalan "Qəbələ" isə 1 xalla sondan əvvəlki pillədə yer alıb. 


2-ci turun əvvəlki günlərdə baş tutan oyunlarında “Zirə” səfərdə “Səbail”ə (2:1), “Sumqayıt” isə “Neftçi”yə (2:0) qalib gəlib. “Keşlə” – “Qarabağ” matçında qapılara qol vurulmayıb.


Azərbaycan Premyer Liqası
2-ci tur

13 sentyabr


“Sabah” – “Qəbələ” - 3:0 

QOLLAR: C.Diniyev, 17. B.Mustafazadə, 27.R.Şeydayev, 65

QIRMIZI VƏRƏQƏ: S.Alxasov, 77 (2-ci sarı)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Masazır. “Bank Respublika Arena”, 19:00.


Sabah: 1. Saşa Stamenkoviç (k), 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 30. Mario Marina, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqes, 5. Nikola Vuyadinoviç, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 11. Ozan Can Kökcü, 60. Abbas Ağazadə, 29. Ceyhun Nuriyev, 77. Veysəl Rzayev.
Baş məşqçi: Visente Qomes.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 70. Ülvi İsgəndərov, 77. Merab Giqauri, 32. Nikolas Raysel, 22. Rodriqo Qattas, 13. Yurgen Qoxa, 2. Vinko Medimoreç, 10. Rövlan Muradov, 55. İdris İnqilablı.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, . Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 26. Stefan Vukçeviç, 17. Yaovi Akakpo, 19. Samir Qurbanov, 71. Rüfət Əhmədov.
Baş məşqçi: Elmar Baxşıyev.

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB