TOP 10

"Neftçi"nin adı çəkildi, "Qarabağ"ın mübarizədən kənarlaşdığı kluba icarəyə verildi

Futbol
Tarix: 2020-09-12 10:18

Adı "Neftçi" ətrafında hallandırılan "Panatinaikos"un futbolçusu Dimitris Kolovosun yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, 27 yaşlı yunan hücumçu cari mövsümün sonunadək Moldovanın "Şerif" klubuna icarəyə verilib. Bu haqda Tiraspol təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Dimitrios keçən mövsüm Afina klubunda 21 matçda 1 qola imza atıb. Onun millidə 9 matçı var. 

 

Xatırladaq ki, Yunanıstan mətbuatı Kolovosun "Neftçi"yə 1 illik icarəyə veriləcəyini yazmışdı. Onun karyerasını davam etdirəcəyi "Şerif"i bu mövsüm Çempionlar Liqasından "Qarabağ"dan kənarlaşdırıb.

 

 

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB