TOP 10

Rəşad Sadıqovlu “Zirə”dən ilk qələbə

Futbol
Tarix: 2020-09-12 20:53

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.


“Səbail” doğma meydanda “Zirə” ilə qarşılaşıb. Sözügedən komandalar yeni mövsümdə ilk qələbə üçün meydana çıxıblar. Üç qolun qeydə alındığı görüşün sonunda qələbəni “Zirə” futbolçuları bayram ediblər.


İlk oyun günündə “Neftçi” evdə “Sumqayıt”a 0:2 hesabıyla uduzubsa, “Keşlə” – “Qarabağ” matçında qalib müəyyənləşməyib – 0:0. Tura sabah keçiriləcək “Sabah” – “Qəbələ” matçı ilə yekun vurulacaq.


Azərbaycan Premyer Liqası
2-ci tur

12 sentyabr


Səbail – Zirə 1:2
Qol: Ü.Abbasov, 80-pen – D.Volkov, 47. R.Qurbanov, 67-pen.
Matçın 55-ci dəqiqəsində Rauf Əliyev penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Vüqar Həsənli, Rahil Ramazanov, Kamran Bayramov, Orxan Məmmədov.
Bakı. “ASCO Arena”, 19:00.


Səbail: 96. Nikolas Hagen, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 8. Lema Mabidi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 19. Elgün Nəbiyev, 22. Əfran İsmayılov, 16. Peyman Keşavarzi, 13. Əli Sadıxov, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Zirə: 1. Mateus Albino, 91. Ruslan Qurbanov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 14. Rəşad Eyubov, 13. Şəhriyar Rəhimov, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 8. İlkin Muradov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 17. Kayo Rangel, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Rəşad Sadıqov.

football24
27 Sentyabr 2020
26 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB