TOP 10

Şeydayev 1-ci yer haqda düşünür: "Qurban Qurbanova çatmağım realdı, ancaq..."

Futbol
Tarix: 2020-09-10 12:11

Millimizin ardıcıl 2-ci rəsmi turnirdə ilk qoluna Ramil Şeydayev imza atır. Ancaq AVRO-2020-nin seçmə mərhələsində Xorvatiyayla səfər matçında olduğu, UEFA Millətlər Liqasənda Lüksemburqla ev görüşündə də üstünlüyümzü qoruya bilməyərək 1:2 hesabıyla uduzduq. Düzdür, Ramilə hazırkı turnirdə 2-ci qarşılaşmada qələbə sevinci yaşamaq nəsib oldu. Özü bu dəfə qol vurmasa belə. Hərçənd, "Sabah"ın 24 yaşlı hücumçusunun Kipr yığmasıyla Nikosiyadakı oyunda hesabı 2:0 etməyə çox gözəl şansı vardı. Şeydayev Sport24.az-a müsahibəsinə bu və digər məqamlarla bağlı danışıb.

 

- Kipr yığması üzərində səfər qələbəsində həlledici amil nə oldu?

- Əsas faktor bu oldu ki, yaxşı oynadıq və qələbəni haqq etdik.

 

- Bəs, startda bu, niyə alınmadı?

- Bilmirəm niyə oyunumuz alınmadı. Bundan nəticə çıxardıq və ikinci qarşılaşmaya yeni qüvvəylə çıxaraq qalib gəldik.

 

- Həmin görüşdə qol vursan da, artıq ikinci hissənin əvvəlində əvəzləndin. Bu, səni çox məyus etdi?

- Yox, elə də üzülmədim. Bu, baş məşqçinin qərarıdı və onu sakit qəbul etdim. 

 

- Yeri gəlmişkən, Canni de Byazi necə mütəxəssisdi? O, millidə nəyi dəyişib? Nəyə daha çox diqqət yetirir?

- Birgə işləməyə elə də çox vaxtımız olmayıb. Daha çox vaxt keçəndən sonra artıq bu haqda danışmaq olar.

 

- Millimizdə 4-cü ildir çıxış edirsən və artıq 5 qol vurmusan. Bu temp sənin üçün necədi?

- Hələ ki zəif tempdi. Daha çox qol vurmaq üçün işləyəcəm. Kiprdəki görüşdə də fərqlənmək üçün yaxşı şansım vardı. Ancaq yəqin, bəxtim gətirmədi ki, buna nail olmadım.

 

- Millimizdə qol sayında rekordçu "Qarabağ"da baş məşqçin olmuş Qurban Qurbanovdu. Hesabında 14 qol olan keçmiş hücumçuya çatmaq məqsədin varmı, yoxsa bu, real deyil?

- Əlbəttə, realdı. Ancaq hələ bu haqda düşünmürəm. 

 

- Qafqazda ən böyük arena olan Bakı Olimpiya Stadionunda da qol vurdun və fərqləndiyini epizod baxımlı alındı. Bu, millidə vurduğun ən gözəl qoldu, yoxsa Almaniyayla səfər matçındakı?

- Lüksemburqa vurduğum qol ən gözəl deyildi. Hələ ki ən gözəli Slovakiyayla görüşdəkidi ("Bakcell Arena"da 1:5-müəllif.).

 

- Millimizin bu dəfə qrupda hansı yerə ümid etməsi realdı?

- 1-ci yerə.

 

- Deməli, ilk 2 oyundan sonra yüzfaizli nəticə göstərən, qol da buraxmayan Monteneqro yığması aşkar favorit deyil və onlardan zəif deyilik?

- Bizə fərqi yoxdu kimdi favorit. Qarşımızda duran vəzifə var və ona cəhd edirik. 

 

 

 

MEHMAN SÜLEYMANOV

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB