TOP 10

"Neftçi" rəsmən təsdiqləyir - Prins İbara sabah Bakıya gələcək

Futbol
Tarix: 2020-09-09 15:56

“Neftçi” yeni hücumçu ilə bağlı yekun qərarını verib. Bu barədə Sport24.az-a klubdan məlumat verilib.

 

Paytaxt klubu Prins Vinni İbara Doniamanın cari mövsümdə heyətində olacağını təsdiqləyib. 24 yaşlı futbolçu Belçikanın yüksək liqa təmslisi "Birşota"dan icarəyə götürülüb. 

 

Doniama sabah səhər tezdən Bakıya gələcək və həmin gün də onunla müqavilə imzalanmaqla keçidi rəsmiləşəcək.

 

Keniya millisinin forvardının Belçika klubunun heyətində yay təlim-məşq toplanışını tam keçdiyi və hazırda yaxşı formada olduğu da bizə məlumat verildi. Bu da yeni transferin Avropa Liqasının II təsnifat mərhələsində "Qalatasaray"a qarşı oynaya biləcəyinə ümid verir.

 

Qeyd edək ki, İbara millisində 11 matçda 3 qol vurub.
 



 

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB