TOP 10

Zenyov Kipr və Xorvatiya ilə oyunlara çağırıldı

Futbol
Tarix: 0000-00-00 00:00

"Qəbələ"nin estoniyalı futbolçusu Sergey Zenyov milli komandasından növbəti dəvəti alıb. Sport24.az xəbər verir ki, Estoniya yığmasının baş məşqçisi Martin Reym 28 yaşlı hücumçuya 2018-cil dünya çempionatının seçmə mərhələsi çərçivəsində Kiprlə martın 25-də səfər, bundan 3 gün sonra Xorvatiya ilə ev oyununa açıqladığı 23 nəfərlik heyətdə yer verib. Dəvət olunanlar arasında Sergeyin Premyer Liqamızda 3 klubda - "Neftçi", "İnter" və "Rəvan"da oynamış həmyerlisi, sol cinah oyunçusu Dmitri Kruqlov da var.  

Estonlar bu ardıcıl iki oyuna aparıcı futbolçularını gələcəklərini qeyd edərək onlar arasında Zenyovu da göstəriblər. Xorvatiya ilə matç paytaxt Tallində yeni arenada keçiriləcək ki, Estoniya millisi bu stadionda ilk dəfə oynayacaq.

Xatırladaq ki, Zenyov yığmada 53 oyunda 10 qol vurub.   

19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB