TOP 10

De Byazinin ilk tapıntısı - 237-ci oldu

Futbol
Tarix: 2020-09-09 09:00

Azərbaycan millisinin heyətində növbəti futbolçu debütü gerçəkləşib. Sport24.az xəbər verir ki, “Sumqayıt"ın yarımmüdafiəçisi Rəhim Sadıxov yığmada ilk oyununa çıxıb.

 

Belə ki 25 yaşlı futbolçu Kipr – Azərbaycan görüşündə start heyətində şans qazanıb. Millətlər Liqasının II turunun Nikosiyanın GSP stadionundakı qarşılaşmayadək milli forması geyinməyən Rəhimə debüt imkanı yeni baş məşqçi Canni de Byazi verib.

 

Rəhimov italiyalı mütəxəssisin yığmadakı fəaliyyətində ilk debütantdır. De Byazi bundan əvvəlki  - özü üçün debüt xarakteri daşıyan Lüksemburqla üç gün öncəki matçda (1:2) meydana yeni oyunçu buraxmamışdı.

 

Sadıxov millimizin 28 illik tarixinə 237-ci futbolçu kimi düşüb. Bunadək keçirilən 257 matçda 236 oyunçu şans qazanıb.

 

Qeyd edək ki, matç sayında millinin rekordçusu hesabında 111 oyun olan sabiq kapitan Rəşad Sadıqovdur.

football24
27 Sentyabr 2020
26 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB