TOP 10

Millimiz məğlubiyyətlə başladı

Futbol
Tarix: 2020-09-05 21:52

Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/21 mövsümündə ilk oyununa çıxıb. Sport24.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Bakı Olimpiya Stadionunda Lüksemburqu qəbul edib. Bu, 64 yaşlı italyan mütəxəssisin millidə ilk sınağı olub. Millimiz bu görüşdən məğlubiyyətlə ayrılıb.


Azərbaycan yığması 2018/2019 mövsümündən fərqli olaraq, bu dəfə turnirin C Liqasında mübarizə aparır. 1-ci qupda Kipr və Monteneqro kollektivləri də yer alıb. Bu gün qrupun digər oyununda Kipr seçməsi evdə Monteneqro yığmasını qəbul edib. Bu oyunda da qonaqlar qələbəni bayram ediblər.


Qeyd edək ki, Azərbaycan yığması 3 gün sonra Millətlər Liqasında Kiprin qonağı olacaq.


UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup

5 sentyabr


Azərbaycan – Lüksemburq 1:2
Qol: R.Şeydayev, 43 – A.Krivotsyuk, 48-öz qapısına. J.Rodriqes, 72-pen.
Qırmızı vərəqə: M.Emreli, 26.
Hakimlər: Kris Kavana, Daniel Riçard Kuk, Sian Massey, Pol Tirni.
Bakı Olimpiya Stadionu.


Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Namiq Ələsgərov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 15. Bədavi Hüseynov, 16. Elvin Camalov, 18. Anton Krivotsyuk, 19. Təmkin Xəlilzadə.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 23. Mehdi Cənnətov, 3. Coşqun Diniyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 13. Abbas Hüseynov, 14. Adil Nağıyev, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev, 22. Rəhim Sadıxov.
Baş məşqçi: Canni de Byazi.
Lüksemburq: 1. Entoni Moris, 5. Vahid Selimoviç, 7. Lars Jerson, 8. Kristofer Martins, 10. Jerson Rodriqes, 11. Vensan Till, 13. Dirk Karlson, 15. Olivye Till, 16. Leandro Barreyro Martins, 18. Loran Yans (k), 21. Maurise Devill.
Ehtiyat oyunçular: 12. Ralf Şon, 23. Tim Kips, 2. Enes Mahmutoviç, 3. Tim Holl, 4. Kevin Malje, 6. Florian Bohnert, 9. Danel Sinani, 14. Stefano Bensi, 17. Alessio Kurçi, 19. Marvin Martins, 20. Edvin Muratoviç, 22. Aldin Skenderoviç.
Baş məşqçi: Luk Holts.

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB